Bond.az White LogoBond.az Black Logo

Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı

Messi və Ronaldu 2026 Dünya Çempionatında qarşılaşır? Yeni format, ev sahibləri, favoritlər və Türkiyə. Tarixi turnirə geri sayım başladı.

Dəniz Yusifli
Müəllif:Dəniz Yusifli- Editor
|
0

Futbol dünyası növbəti böyük bayrama hazırlaşır. Planetin ən populyar idman növünün zirvə yarışı olan dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnir həm təşkilatçılıq, həm format, həm iştirakçı sayı, həm də gözləntilər baxımından fərqlənir. Azarkeşləri bir aydan artıq davam edəcək möhtəşəm tamaşa gözləyir.

1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatında cəmi 13 komanda iştirak etmişdi. 96 il sonra bu rəqəm 48-ə yüksəlir. FIFA-nın qərarına əsasən, mundialda 12 qrup olacaq və ümumilikdə 104 oyun keçiriləcək. Bu, əvvəlki turnirlərlə müqayisədə 40 əlavə matç deməkdir. Turnirin müddəti də uzanıb və futbol bayramı bir aydan artıq davam edəcək.

FIFA bu addımı futbolun qloballaşması ilə əsaslandırır. Daha çox ölkə mundial həyəcanını yaşayacaq, yeni bazarlar yaranacaq, futbolun inkişafı sürətlənəcək. Yeni format xüsusilə Afrika, Asiya və Şimali Amerika təmsilçilərinin sayının artmasına səbəb olub. Özbəkistan, Kurasau kimi ölkələr ilk dəfə mundial atmosferini hiss edəcək. Tənqidçilər isə hesab edirlər ki, iştirakçı sayının artırılması bəzi oyunların keyfiyyətinə mənfi təsir göstərə bilər. Yeni formatın uğurlu olub-olmadığını yalnız turnir başa çatdıqdan sonra qiymətləndirmək mümkün olacaq.

ABŞ, Kanada və Meksika tarixdə ilk dəfə birlikdə dünya çempionatına ev sahibliyi edəcəklər. Turnir 16 şəhərdə keçiriləcək. Açılış oyunu əfsanəvi "Azteka" stadionunda baş tutacaq, final isə Nyu-Cersi ştatındakı "MetLife"da keçiriləcək. Turnir tarixdə ən böyük logistika sınaqlarından biri olacaq. Şəhərlər arasındakı məsafələr min kilometrlərlə ölçülür. Vankuverlə Mayami arasında təqribən 4500 kilometr məsafə var. FIFA qrupları regional prinsiplə formalaşdırmağa çalışıb ki, iştirakçılar az səyahət etsinlər. Uzun uçuşlar, fərqli saat qurşaqları və müxtəlif iqlim şəraiti nəticələrə təsir edə biləcək amillərdir.

Bu mundial həm də Şimali Amerika futbolunun inkişaf səviyyəsinin göstəricisi olacaq. ABŞ son illərdə futbola böyük investisiyalar yatırıb. Lionel Messi və digər ulduzların MLS-ə gəlişi liqaya marağı artırıb. Meksika üçün turnir xüsusi əhəmiyyət daşıyır - ölkə üçüncü dəfə dünya çempionatına ev sahibliyi edərək rekord qıracaq. Kanada isə ilk dəfə belə böyük futbol hadisəsinin mərkəzinə çevriləcək.

2022-ci ildə Qətərdə Argentina dünya çempionu oldu. Lionel Messi, nəhayət, çatışmayan kuboku qazandı. İndi argentinalılar uğurun təsadüfi olmadığını göstərməyə çalışacaqlar. Sonuncu dəfə titulunu qoruyan komanda 1962-ci ildə Braziliya olub. Messi karyerasında 6-cı mundialında iştirak edəcək. O artıq 4 il öncəki deyil, lakin Argentina komandası tamamilə ondan asılı görünmür. Kollektiv son illərdə sabit və xarakterli oyun nümayiş etdirir. Argentina yenidən final uğrunda mübarizə aparacaq gözlənilir.

Son dörd dünya çempionatının üçündə kubok Avropaya gedib. Fransa, İspaniya, İngiltərə və Portuqaliya əsas favoritlərdir. Fransa ən zəngin heyətlərdən birinə malikdir, Kilian Mbappe komandanın lideridir. İngiltərə illərdir gözlənilən uğuru əldə etməyə çalışır. Son Avropa çempionu İspaniya yeni nəsillə qayıtmaq arzusundadır. Portuqaliyada Kriştiano Ronaldo karyerasında 6-cı mundialını keçirəcək. Portuqaliyanın güclü heyəti Ronaldonun arzusuna çatması üçün imkan yaradır.

Braziliya sonuncu dəfə 2002-ci ildə dünya çempionu olub. Bu dəfə ümidlər baş məşqçi Karlo Ançelottiyə bağlanıb. Vinisius Junior, Endrik, Rafinya kimi futbolçular ümid verir. Neymarın mundialdakı son çıxışı da maraqlı olacaq. Türkiyə 24 il sonra mundialda iştirak edəcək. Arda Güler, Kenan Yıldız, Orkun Kökçü kimi gənc istedadlar ümid yaradıb. Türkiyə 2002-ci ildə əldə olunan tarixi üçüncülükdən sonra ən iddialı kollektivlərdən biridir. Azərbaycanlı azarkeşlər üçün qardaş ölkənin iştirakı marağı artırır.

İyunun 11-dən iyulun 19-dək milyonlarla insanın gündəlik həyatı futbolun ritmi ilə döyünəcək. Sevinc, göz yaşı, qəhrəmanlıq və məyusluq eyni səhnədə yer alacaq. Çünki dünya çempionatı sadəcə futbol turniri deyil - bu, futbolun özüdür.

Digər Xəbərlər
Bu gün / 13:32
|
399

Qarabağ yenidən qurulur: Transferlər və gözləntilər

Qarabağ yenidən qurulur: Transferlər, ayrılıqlar və yeni mövsüm gözləntiləri. Klub liderliyi geri qaytarmaq üçün heyəti gücləndirir.

0
Bu gün / 13:02
|
713

Messi daha bir rekord qırdı

Lionel Messi dünya çempionatlarında 13 müxtəlif milli komandaya qol vuraraq yeni rekord qırdı. Detallar Bond.az-da.

0
Bu gün / 11:31
|
213

"Neftçi"nin baş məşqçisi: "Yaxşı güclənmişik"

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub yeni mövsüm, transferlər və azarkeşlərə müraciət edib. Komandanın gücləndiyini bildirib.

0
Bu gün / 09:00
|
216

Afrika milliləri DÇ-2026-da tarix yazdı

DÇ-2026-da 9 Afrika millisi pley-offa çıxdı, onlardan 5-i ilk dəfə. Tunis isə qrup mərhələsində sonuncu oldu.

0
Bu gün / 07:01
|
497

Luka Modriç: Mundiallar tarixinə düşən ən yaşlı

Luka Modriç DÇ-2026-da assist edərək mundiallar tarixində ən yaşlı assist edən futbolçu oldu. 40 yaş 291 günlük rekord.

0
Bu gün / 07:01
|
677

Futbol forması dəbə çevrildi

Futbol formalarının dəbə çevrilməsi, mundial dizaynları və milli kimlik mövzusunda "TOP-al" podkastında maraqlı müzakirə.

0
Bu gün / 06:30
|
594

Messi mundiallarda yenilməz rekord vurdu

Messi mundiallarda ardıcıl 7 oyunda qol vuraraq yenilməz rekord qırdı. Onun 19 qolu var.

0
Bu gün / 05:00
|
341

DÇ-2026 pley-off: CAR Kanada ilə qarşılaşır

DÇ-2026-da 1/16 final həyəcanı: CAR və Kanada Los-Ancelesdə qarşılaşır. Oyun bu gün saat 23:00-da başlayır.

0
Bu gün / 04:31
|
635

DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finalda

DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəldi. K qrupunun oyunları və nəticələri haqqında məlumat.

0
Bu gün / 04:31
|
247

Messi qolla yadda qaldı, Argentina 3:1 qalib gəldi

DÇ-2026 J qrupunda Argentina İordaniyanı 3:1 məğlub etdi, Messi qol vurdu. Avstriya-Əlcəzair oyunu 3:3 başa çatdı.

0
Bu gün / 04:30
|
875

Pley-offa yüksələn 32 komanda bəlli oldu

2026 DÇ qrup mərhələsi başa çatdı, pley-offa yüksələn 32 komanda bəlli oldu. 1/16 final cütləri və ilk oyun haqqında məlumat.

0
Bu gün / 01:00
|
914

Çenninq Tatum Holand obrazında stadionda

Çenninq Tatum, DÇ-2026 matçında Norveç yığmasının geyimində Erlinq Holand obrazında stadionda görünüb. Detallar Bond.az-da.

0
...
Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - T...