Bu gün Bakı Enerji Həftəsi start götürüb. Tədbirdə Türkiyə nümayəndə heyətinin tərkibində Bakıya səfər edən məşhur sabiq futbolçu Mesut Özil Oxu.Az-a eksklüziv müsahibə verib.
Özil, Azərbaycan-Türkiyə münasibətləri, enerji forumu və futbol haqqında fikirlərini bölüşüb.
Bakı Enerji Forumu təəssüratları: "İlk dəfədir qatılıram. Çox müsbət tədbirdir. Azərbaycan üçün mühüm razılaşmalar əldə edilib. Xoşbəxtəm."
Türkiyə-Azərbaycan münasibətləri: "Qardaş ölkələrik. Hər zaman bir-birimizə dəstək oluruq. Burada olmaqdan məmnunam."
Azərbaycan futbolu: "İzləyirəm. Xüsusilə "Qarabağ" inkişaf edir. Çempionlar Liqasında yaxşı mövsüm keçirdi. Böyük sürpriz oldu. İstedadlı gənclər var, inşallah böyük səhnələrdə görərik."
DÇ-2026 və Türkiyə milli komandası: "Ürəyimiz Türkiyə ilə döyünəcək. Finala qədər gedə bilər. İstedadlı oyunçularımız və uğurlu baş məşqçimiz var."












