Bond.az White LogoBond.az Black Logo

Millimizin baş məşqçisi: Finala yorğun çıxmışdıq

Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatının finalında Ukrayna üzərində qələbədən sonra yorğun olduqlarını bildirdi.

Emin Orucov
Müəllif:Emin Orucov- Senior Editor
|
0

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilmiş Avropa çempionatında ağır qrafiklə oynayıb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.

Mütəxəssis Slovakiyada keçirilmiş Avropa çempionatının final oyununda Ukraynanı məğlub etdikləri (2:0) oyundan sonra fikirlərini bölüşüb:

"Möhtəşəm turnir keçirildi. Avropa Minifutbol Federasiyasını təbrik edirəm. Təşkilatçıların əziyyəti danılmazdır. Xalqımızı və komandamı çempionluq münasibətilə təbrik edirəm. Ağır qrafiklə oynayırdıq, güclü rəqiblərlə üz-üzə gəldik. Bu isə kollektivi yordu. Finala yorğun çıxmışdıq. Oyunçuları möhtəşəm finalı başa vurduqları üçün xüsusi təbrik edirəm".

E.Quliyev Ukrayna seçməsinin də yaxşı heyəti olduğunu əlavə edib:

"Ukrayna millisinin yaxşı oyunçuları var. Onlar da bu gün pis oynamadılar. Biz yarışa gəlməmişdən əvvəl böyük işlər görmüşdük. Avropa çempionatının çətin keçəcəyini bilirdik. Belə güclü komandalarla oynadıqdan sonra finala çıxacağımızı hesablamamışdıq. Belə çempionluq məni ikiqat sevindirir. İlk çempionluqda daha asan komandalarla oynayırdıq".

Qeyd edək ki, Azərbaycanın minifutbol millisi tarixində ikinci dəfə Avropa çempionu olub.

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...
Millimizin baş məşqçisi: Finala yorğun çıxmışdıq | Bond.az