Avropa çempionu olan Azərbaycan minifutbol millisinin üzvləri Bakıda azarkeşlərlə görüş keçiriblər.
Gənimətlər Parkının qarşısında təşkil olunan tədbirdə futbolçular böyük coşqu ilə qarşılanıb. Azarkeşlər çempionları alqışlarla salamlayıblar.
Milli komanda üzvləri azarkeşlərlə söhbət edib, dəstəyə görə təşəkkür ediblər. Görüşdən sonra xüsusi avtobusla şəhər turu təşkil olunub.
Paytaxt sakinləri və qonaqlar çempionları təbrik ediblər. Xatırladaq ki, millimiz finalda Ukraynanı 2:0 məğlub edib.












