UFC Fight Night çərçivəsində azərbaycanlı döyüşçü Nazim Sadıxovun rəqibi braziliyalı Mateus Kamilo qələbəyə ümidlidir.
Oxu.Az xəbər verir ki, Kamilo döyüşü tez bitirməyə hazır olduğunu bildirib: "Şənbə günü axşam siz çox gözəl döyüş görəcəksiniz. Mən döyüşə tam hazıram və qələbə qazanacağıma tam əminəm. Qələbəmi ailəmə, azarkeşlərimə, Azərbaycana, Braziliyaya həsr edəcəm".
O, ən böyük arzusunun dünya çempionu olmaq olduğunu vurğulayıb. Kamilo bir neçə gündür Azərbaycanda olduğunu və özünü yaxşı hiss etdiyini qeyd edib.
Qeyd edək ki, UFC Fight Night iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Rafael Fiziyev Manuel Torreslə qarşılaşacaq. İkinci əsas döyüşdə Şarabutdin Maqomedov Mişel Pereyra ilə üz-üzə gələcək. Turnirdə digər azərbaycanlı döyüşçülər Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da çıxış edəcəklər.












