"Neftçi" və "Zirə" klublarının UEFA Konfrans Liqasının 2026/2027 mövsümü II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Birbaşa II mərhələdən başlayacaq "Neftçi"ni "Ludoqorets" (Bolqarıstan), "Rakuv" (Polşa) və "Apollon" (Kipr) kimi güclü rəqiblər gözləyir. Həmçinin, ilk mərhələdə "Dinamo" (Albaniya) - "Astana" (Qazaxıstan) və ya "Dinamo" (Minsk) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşa bilər.
I mərhələdən start götürən "Zirə" isə "Torpedo" (Gürcüstan) ilə oyundan sonra növbəti mərhələdə AEK (Kipr), "ÇFR Kluj" (Rumıniya), "Spartak" (Slovakiya) və ya "Heqelman" (Litva) - "Payde" (Estoniya) qalibi ilə qarşılaşacaq.
II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.











