Bond.az White LogoBond.az Black Logo

"Neftçi"nin baş məşqçisi: "Yaxşı güclənmişik"

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub yeni mövsüm, transferlər və azarkeşlərə müraciət edib. Komandanın gücləndiyini bildirib.

Aydın Nəbiyev
Müəllif:Aydın Nəbiyev- Senior Editor
|
0

"Neftçi" yeni mövsümdə layiq olduğu yerdə qərar tutmaq üçün əlindən gələni edəcək.

Oxu.Az xəbər verir ki, bunu baş məşqçi Yuri Vernidub klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis onunla müqavilə müddətinin artırılmasına münasibət bildirib:

"Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə böyük etimad göstərdilər. Yeni müqavilə ilə bağlı sual verəndə onlara demişdim ki, əgər hər şey yaxşıdırsa, yeni müqaviləyə niyə qol çəkməyək?! Burada məni hər şey qane edir. Bakı gözəl şəhərdir. Azərbaycan çempionatı heç də pis deyil, hətta deyim ki, güclü çempionatdır.

Komandalar qarşılarına ən yüksək hədəfləri qoyurlar. Bu mənim üçün çox maraqlıdır. Çox yaxşı layihədir. Mən də dərhal razılıq verdim. Yeni müqavilə və göstərilən etimada görə klub rəhbərliyinə bir daha təşəkkür edirəm. Bilirsiniz ki, 1 illik müqaviləm var idi, artıq anlaşma müddəti 2 illikdir. Buna görə də məşqçi heyəti və futbolçularla birlikdə daha çox çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, "Neftçi" layiq olduğu yerdə qərar tutsun. Bu da, bilirsiniz ki, ən yüksək mövqelərdir."

Ukraynalı mütəxəssis əvvəlcə təlim-məşq toplanışının ilk mərhələsini dəyərləndirib:

"Elə alındı ki, biz UEFA Konfrans Liqasına ikinci mərhələdən başlayacağıq. Ona görə də oyunlarımız 23 və 30 iyul tarixlərində olacaq. Bu səbəbdən daha çox vaxtımız oldu və biz 8 günlük mikro tsiklimizə iyunun 20-də Bakıdakı təlim-məşq bazamızda başladıq. Təlim-məşq toplanışı keçdik. Düşünürəm ki, hər şey istədiyimiz kimi alındı. Futbolçularla yaxşı işlədik. Əsas fundamentimizi elə qoyduq ki, işimizi davam etdirə bilək. Hər şey yeni başlayır. Toplanışın ilk mərhələsinin sonuncu günündə ikitərəfli oyun keçirdik. Birgünlük istirahətin ardından iyunun 29-da iki həftəlik təlim-məşq toplanışı keçmək üçün Sloveniyaya gedəcəyik. Orada isə daha çox texniki-taktiki gedişlər üzərində işləyəcəyik, oyunlar keçirib heyət formalaşdıracağıq. Sloveniyada 4 yoxlama matçı təşkil edəcəyik. İyulun 14-də geri qayıdacağıq. Daha sonra bir həftəlik mikro tsikldə ilk rəsmi oyunumuza hazırlaşacağıq."

O, yay transfer dönəmində komandamıza cəlb olunmuş futbolçular haqda təəssüratlarını bölüşüb:

"Mən dekabrda "Neftçi"yə gələndən sonra biz çempionatın ilk hissəsini başa vurub təlim-məşq toplanışı keçmək üçün Əbu-Dabiyə getdik. O vaxtdan heyəti gücləndirmək üçün çalışmağa başladıq. Bilirdik ki, bizə yeni nəfəs lazım olacaq. Ona görə də geridə qalan 5-6 ay ərzində axtarışda idik. Bu müddətdə çalışan skautlarımıza da minnətdaram. Onlar əllərindən gələni etdilər ki, bu futbolçuları tapıb gətirsinlər, komandamızı gücləndirsinlər. İnanıram ki, bu transferlər bizi daha da gücləndirəcəklər. Onlar yaxşı transferlərdir. Məsələn, Rüfət Abbasov gənc oyunçudur, millinin də üzvüdür. Onunla hər şey yeni başlayır. Biz birlikdə çalışacağıq. Bildiyimə görə "Neftçi"nin yetirməsidir. Qravilyon da yaxşı mərkəz müdafiəçisidir. Həm sağ tərəfi, həm də altılığı və səkkizliyi bağlaya bilər. Fikrimcə, yaxşı güclənmişik. Hücuma gəlincə, Klisman kollektivə çox yaxşı qatıldı. Onunla 8 gün çalışdıq və gördüm ki, çox peşəkar insandır. Zəhmətkeş və öz üzərində işləyəndir ki, biz də elə bunu istəyirdik. Həmçinin Lyubomir Tupta elə hücumçudur ki, bütün cəbhə boyunda - həm vinger, həm mərkəz hücumçusu, hətta "10" və "8" nömrə kimi də oynaya bilər. İstəyirəm ki, bizim futbolçuların profili geniş olsun. İstəmirik ki, sadəcə sol cinah müdafiəçisi olsun. Hər mövqedə oynamağı bacarmalıdırlar və lazım olanda bunu etməlidirlər. Onlar da istənilən mövqeni bağlamağa hazırdırlar. Düşünürəm ki, yeni transferlərimiz yaxşı futbolçulardır, "Neftçi"ni gücləndirəcəklər və onlarla birlikdə qarşımızda duran hədəflərə çatacağıq."

Yuri Vernidub transfer işləri və "Neftçi" ilə icarə müddəti başa çatmış Freddi Varqasın mümkün keçidi ilə bağlı məlumat verib:

"Hər gün işləyirik. Bizim çox yaxşı seleksiya şöbəmiz var. Onların işləri çoxdur, hər gün çalışırlar. Bizə yeni-yeni təkliflər göndərirlər, biz isə baxırıq, seçirik. Bu planda hər şey çox gözəldir. Seleksiya xidmətinin yüksək səviyyədə olmasından çox razıyam. Freddi Varqasa gəlincə, bilirsiniz ki, bizdə icarədə idi, amma icarədən sonra məxsus olduğu İsrail klubuna qayıtdı. Bəzi məsələlərlə bağlı suallar var, amma biz yenə də gözləyirik. Klub rəhbərliyimiz bu məsələ üzərində çalışır. Mümkündür ki, hər şey istədiyimiz kimi alınsın və Varqas geri qayıdıb əvvəlki kimi komandamıza kömək etsin. Xüsusilə son 9 oyunda hücumçu mövqeyində oynayırdı. Düşünürəm ki, bununla heyətimiz daha yaxşı güclənmiş olar. İndi bu barədə başqa bir şey deyə bilməyəcəyəm, amma klub rəhbərliyi bu məsələ üzərində çalışır."

Baş məşqçi böyük dəstəyə görə azarkeşlərə təşəkkür edib:

"Ağlasığmaz dəstəyə görə azarkeşlərə minnətdaram. Çempionatda bizə çox böyük dəstək verdilər. Onlarsız bizim üçün çox çətin olardı. Bununla belə, istərdim ki, bizi daha çox dəstəkləsinlər, oyunlarımıza gəlsinlər. İstərdim ki, "Neftçi"nin stadionu həmişə tam dolsun. Həqiqətən də, tribunalarda çox adam olanda, hamı bizim kluba azarkeşlik edəndə çox gözəl olur. Hər kəs üçün çox maraqlı olur. Ötən mövsümə görə azarkeşlərə bir daha təşəkkür edirəm və yeni mövsümdə daha da yaxşı olmaqlarını diləyirəm. Bizim matçlara gəlin, biz də əlimizdən gələni edəcəyik ki, sizin üçün maraqlı və sevincli olsun."

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...