Neymar Braziliya millisinin düşərgəsinə şəxsi helikopteri ilə gəlib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər "Canal Wamo"nun "Instagram" səhifəsində paylaşılıb.
34 yaşlı hücumçu 2026-cı il dünya çempionatı öncəsi təlim-məşq toplanışına dəvət alıb. O, Braziliya Futbol Konfederasiyasının məşq bazasına şəxsi helikopteri ilə eniş edib.
Helikopterdən düşdükdən sonra Neymar baş məşqçi Ançelotti, Kazemiro və digər futbolçularla görüşüb.
Futbolçu 2023-cü ilin payızından bəri milli komandada oynamırdı. 128 oyunda 79 qolu var.
2026 DÇ ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya C qrupunda Haiti, Mərakeş və Şotlandiya ilə qarşılaşacaq.












