DÇ-2026-nın qrup mərhələsində Argentina - Əlcəzair oyunu öncəsi Nyu-Yorkda gərginlik yaşanıb.
“Le Figaro”nun məlumatına görə, azarkeşlər əvvəlcə mehriban idi, mahnı oxuyub pirotexnika yandırıblar.
Lakin bir neçə saat sonra tərəfdarlar qarşılıqlı təhqirlərə başlayıb və hadisə kütləvi davaya çevrilib.
Nyu-York polisi müdaxilə edərək tərəfləri ayırıb. “RMC Sport” ən azı bir nəfərin saxlanıldığını bildirir.
Xəsarət alanlar və saxlanılanlarla bağlı rəsmi məlumat verilməyib. Oyun iyunun 17-də saat 5:00-da başlayacaq.












