NBA-da "Nyu-York" komandasının 53 ildən sonra qazandığı ilk çempionluq azarkeşləri küçələrə axışdırdı.
Tayms-skver meydanında qələbə sevinci yaşayan azarkeşlər bir neçə məktəb avtobusuna od vurublar.
Jurnalist Nik Sortor "X" səhifəsində hadisəni qeyd edib.
Xatırladaq ki, "Nyu-York" finalda "San-Antonio"nu 4-1 hesabı ilə məğlub edərək 1973-cü ildən bəri ilk dəfə çempion olub.











