Bond.az White LogoBond.az Black Logo

Orxan Məmmədov: "İkinci dəfə Avropa çempionu olmaq böyük qürurdur"

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov millinin ikinci dəfə Avropa çempionu olmasını böyük hadisə adlandırıb.

Elçin Abaslı
Müəllif:Elçin Abaslı- Senior Editor
|
0

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bildirib ki, milli komandanın ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Report"a açıqlamasında deyib.

AMF rəhbəri komandanın Slovakiyada keçirilən turnirdə birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb:

"Hamını qələbə münasibəti ilə təbrik edirəm. Tarixi qələbədir. Azarkeşlər bizə möhtəşəm dəstək olurdular. Hər birinə təşəkkürlərimi çatdırıram. Yenidən Avropa çempionu olmaq böyük qürurdur".

O, komandanın 2022-ci ildə də qızıl medal qazandığını, ötən il Bakıda dünya çempionu olduğunu xatırladıb:

"Artıq komandalar bizi başqa cür qəbul edirdilər. Bütün futbolçulara, məşqçilər heyətinə təşəkkür edirəm. İkinci dəfə Avropa çempionu olmaq böyük qürurdur".

O, Prezident İlham Əliyevin dünya çempionluğundan sonra onları qəbul edərək növbəti uğuru təkrarlamağı tapşırdığını xatırladıb:

"Həmin sözlərdən sonra yenidən çempion olduğumuz üçün qürurluyuq. Dövlətimiz hər cür dəstək göstərir".

AMF prezidenti 4 il ərzində 2 Avropa, 1 dünya çempionluğu əldə etmələrinin səbəbini baş məşqçi Elşad Quliyevin zəhməti ilə əlaqələndirib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final matçında Ukraynanı 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Bu gün / 23:00
|
732

DÇ-2026: Fransa İsveçi 3:0 darmadağın etdi

DÇ-2026 1/16 finalında Fransa İsveçi 3:0 darmadağın etdi. Mbappe iki qol, Barkola bir qol vurdu. Fransa 1/8 finalda Paraqvayla qarşılaşacaq.

0
Bu gün / 22:30
|
459

Lebron Ceyms komandasını dəyişir

Dördqat NBA çempionu Lebron Ceyms Los-Anceles Leykersdən ayrılır. Transfer üçün Qolden Steyt Uorriors əsas namizəddir.

0
Bu gün / 20:02
|
487

Messi Hörümçək Adamla birgə uçdu

Argentina kapitanı Lionel Messi 'Hörümçək adam: Yeni gün' filminin tanıtım çarxında rol alıb. Video və film premyerası haqqında ətraflı.

0
Bu gün / 19:32
|
998

DÇ-2026: Norveç Braziliyaya rəqib oldu

DÇ-2026 1/16 finalında Norveç Kot-d'İvuarı 2:1 məğlub edərək Braziliyaya rəqib oldu. Erlinq Holand qələbə qolunu vurdu.

0
Bu gün / 19:31
|
752

Azərbaycan cüdosu Avropada 7 medala yüksəldi

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında 7 medal qazanaraq böyük uğura imza atdı.

0
Bu gün / 19:30
|
476

UEFA Fənərbağçanı 7 milyon avro cərimələdi

UEFA Fənərbağçanı 7 milyon avro cərimələdi. Səbəb maliyyə qaydalarının pozulması və heyət xərcləri limitinin aşılmasıdır.

0
Bu gün / 19:01
|
438

Zirə Iğdıra məğlub oldu

Zirə Türkiyədə yoxlama oyununda Iğdıra məğlub olub. Yeqor Boqomolski dubl etdi, Elçin Əlicanov qol vurdu.

0
Bu gün / 17:31
|
330

Almaniya futbolçuları penaltidən qorxdu

Almaniya millisinin futbolçuları Paraqvaya qarşı oyunda penalti vurmaqdan qorxdu. Jonatan Ta məsuliyyəti üzərinə götürsə də, qol vura bilmədi.

0
Bu gün / 17:00
|
538

"Milan" PSJ-dən hücumçu Ramuşu transfer etdi

Milan PSJ-dən hücumçu Qonsalu Ramuşu 70 milyon avroya transfer etdi. Portuqaliyalı futbolçu 2031-ci ilə qədər müqavilə imzaladı.

0
Bu gün / 16:02
|
505

Noyer Almaniya millisini tərk etdi

Manuel Noyer Almaniya millisində karyerasını başa vurdu. 40 yaşlı qapıçı 2014-cü ildə dünya çempionu olub.

0
Bu gün / 14:02
|
349

Sabah İqor Noqeyra ilə yolları ayırdı

Sabah FK braziliyalı müdafiəçi İqor Noqeyra ilə yollarını ayırdı. Noqeyra 2024-cü ildən komandada idi.

0
Bu gün / 11:31
|
974

Yann Sommer "İnter"dən ayrıldı

Yann Sommer "İnter"dən rəsmən ayrıldı. İsveçrəli qapıçı 3 mövsümdə 4 titul qazandı.

0
...
Orxan Məmmədov: "İkinci dəfə Avropa çempionu olmaq böyük qürur...