Azərbaycan paraatleti Oloxan Musayev Tunisdə keçirilən Qran-pri yarışında gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, paralimpiya çempionu nüvə itələmə yarışında F55 kateqoriyasında 11.64 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Bundan əvvəl komandanın digər üzvü Rüfət Rəfiyev F36 kateqoriyasında gümüş medal qazanıb.
İyunun 19-da başa çatacaq yarışda Azərbaycanı nüvə itələmə növündə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edir. Samir Nəbiyev və Ömər Bozbaxov həmçinin disk atma yarışında da iştirak edəcəklər.











