"Qarabağ" futbolçusu Pedro Bikalyo ilə müqaviləni yeniləyib.
Klubun açıqlamasına görə, braziliyalı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.
24 yaşlı oyunçu 2029-cu ilin yayına qədər Ağdam təmsilçisində çıxış edəcək.
2025-ci ildən komandada olan Bikalyo, 51 matçda meydana çıxıb və 1 qol vurub.
Qeyd edək ki, qış transfer pəncərəsində onun ayrılacağı ilə bağlı şaiyələr yayılmışdı.












