Fransalı sabiq futbolçu Emmanuel Peti, 1998-ci il Dünya Kuboku da daxil olmaqla, bütün medallarını itirdiyini açıqlayıb.
55 yaşlı Peti, "Talk Sport" podkastında medallarını seyfdən çıxarmaq istəyərkən itirdiyini deyib. "Hamısı yoxa çıxıb", - deyə o əlavə edib.
Peti Fransa millisi ilə 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub. "Monako" ilə Fransa çempionu və kubok qalibi, "Arsenal" ilə isə İngiltərə dublu yaşayıb.












