Fiqurlu konkisürən Aleksandr Plyuşenkoya 2026/2027 mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış etməyə icazə verilib.
Azərbaycan Qış İdman Növləri Federasiyasından bildirilib ki, Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyasına ünvanlanan müraciət müsbət qarşılanıb.
İdmançının Azərbaycanı təmsil etməsinə rəsmi razılıq alınıb. Federasiya qış idman növlərinin inkişafı və yerli idmançıların yetişdirilməsi üçün fəaliyyətini davam etdirəcək.












