Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenko oğlu Aleksandrın Azərbaycan milli komandasına keçidi haqqında açıqlama verib.
Plyuşenko Telegram kanalında yazıb: "Oğluma dəstək göstərən hər kəsə təşəkkür edirəm. Aleksey Yaqudinin sözlərinə xüsusi minnətdaram. İdman karyerası qısa və çətindir. 31 yaşında Olimpiadada iştirak edən dinozavrları tapmaq çətindir. 13 yaşlı Aleksandra şans verən hər kəsə təşəkkür edirəm".
Xatırladaq ki, mayın 21-də 13 yaşlı Aleksandr Plyuşenkonun idman vətəndaşlığını dəyişərək Azərbaycanı təmsil edəcəyi bildirilib.












