"Şəfa" klubu baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.
34 yaşlı mütəxəssis komandanın Premyer Liqaya qayıtmasında mühüm rol oynayıb.
O, "Şəfa"nı əvvəlcə 2024/2025 mövsümündə II Liqada gümüş medal, 2025/2026 mövsümündə isə I Liqada çempionluq ünvanına çatdırıb.












