Misli Premyer Liqasında 33-cü turun oyun cədvəli açıqlanıb.
Peşəkar Futbol Liqasından bildirilib ki, klubların müraciəti və stadionların razılığı əsasında bəzi oyunların yeri dəyişdirilib.
"Kəpəz" "Neftçi"ni Sumqayıt şəhər stadionunda, "Turan Tovuz" isə "Sabah"ı "Bank Respublika Arena"da qəbul edəcək.












