Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib.
Ağdam təmsilçisi Macarıstanın "Ferentsvaroş" komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə məğlub olub.
Bundan əvvəl "Qarabağ" Ukraynanın "Xarkov" klubuna 6:2 hesabı ilə uduzub. Qolları Jali Muaddib (48) və Kadi Borges (68, pen.) vurub.
Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk yoxlama oyununda "Tirol"u 4:0 məğlub etmişdi.












