"Qarabağ" klubu hücum xəttini gücləndirmək üçün 21 yaşlı braziliyalı forvard Daniel Troiano ilə danışıqlar aparır.
Xarici mətbuatın məlumatına görə, transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
Futbolçu "Fortaleza" klubuna məxsusdur, lakin mövsümü "Floresta"da icarə əsasında keçirib. Onun müqaviləsi iyulun 18-də başa çatır.
Bu səbəbdən Troianonun "Qarabağ"a azad agent kimi qoşulacağı ehtimal edilir.












