"Qarabağ" futbol klubu heyətdə dəyişiklik edib.
Ağdam təmsilçisi qapıçılar Fabiyan Buntiç və Amin Ramazanovla yollarını ayırıb.
Klubdan verilən məlumata görə, Fabiyan Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Amin Ramazanovun isə müqavilə müddəti başa çatdığından tərəflər arasında əməkdaşlıq başa çatıb.
"Qarabağ" hər iki qapıçıya klubun uğurları naminə göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.












