Ağdam təmsilçisi "Qarabağ" 2026/27 mövsümü üçün ilk transferini həyata keçirib.
25 yaşlı fransalı futbolçu Jali Muaddib tibbi müayinədən keçərək 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, 7 nömrəli formanı geyinəcək.
Muaddib son olaraq Kipr təmsilçisi "Omoniya Aradippu"da oynayıb. Karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, "Avranş"da, Rumıniyada isə "Botoşani"də çıxış edib.
Fransanın U-19 millisində də forma geyinən futbolçu yeni mövsümdə "Qarabağ"ın uğuru üçün mübarizə aparacaq.












