"Qarabağ" növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edir. Klub Portuqaliyadan daha bir futbolçunu, "Portominense"nin yarımmüdafiəçisi Samuel Qomeş Lobatonu transfer edir.
24 yaşlı portuqaliyalı oyunçu ilə bütün detallar razılaşdırılıb. Danışıqlar son mərhələdədir. Lobatonun yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.
Samuel Lobato "Qarabağ"ın hücumçusu Kamilo Duranla eyni vaxtda "Portominense"də oynayıb. Onun hazırkı klubu ilə müqaviləsi davam edir. "Transfermarkt"a görə, dəyəri 300 min avrodur.












