Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Romada keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.
O, 58 kq çəki dərəcəsində çıxış edərək italiyalı, yunanıstanlı və çinli rəqiblərini məğlub edib.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, idmançı turnirə WT reytinqinə əsasən dəvət alıb.
Qran-pri dünya taekvondosunun ən nüfuzlu yarışlarından sayılır və burada toplanan xallar olimpiya təsnifatına təsir edir.












