Macarıstanın Debretsen şəhərində keçirilən Qazaxıstan-Macarıstan futbol matçı zamanı gözlənilməz hadisə baş verib.
Stadionun damı altında quraşdırılmış videokamera qəfildən alovlanaraq kabeli yandırıb və təxminən 20 metr hündürlükdən meydançanın yan xəttinə düşüb.
Hadisə oyuna fasilə verilməsinə səbəb olub. Kamera qalıqları meydançadan təmizlənib.
Matç Macarıstan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.












