"Qarabağ" rəhbərliyi Qurban Qurbanovun gələcəyi ilə bağlı mübahisələrə son qoyub.
Baş məşqçi Ağdam təmsilçisi ilə 2029-cu ilədək müqavilə imzalayıb. Yeni sazişə əsasən, onun maaşı da artırılıb.
Xatırladaq ki, Qurbanov komandanı 13 dəfə çempion, 6 dəfə kubok sahibi edib.












