"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mövsüm arası fasilədə Ağdama gedib.
Oxu.Az xəbər verir ki, o, Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət edib.
Ziyarət zamanı Qurbanov "Qarabağ"ın Çempionlar Liqası topu və şərfini məzar üzərinə qoyub.
Allahverdi Bağırov həm döyüşlərdə, həm də klubun inkişafında əvəzsiz rol oynayıb.











