Bond.az White LogoBond.az Black Logo

Qurban Qurbanov: Hazırlıq uğurlu oldu

Qurban Qurbanov Qarabağın Avstriya toplanışındakı yoxlama oyunlarını dəyərləndirdi: Xarkov və Ferensvaroş matçları, hazırlıq prosesi.

Sevinc İsmayılova
Müəllif:Sevinc İsmayılova- Senior Editor
|
0

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün iki yoxlama oyunu keçirib.

Komanda günün ilk yarısında Ukraynanın "Xarkov" (2:6), ikinci yarısında isə Macarıstanın "Ferensvaroş" (0:1) komandaları ilə üz-üzə gəlib.

Oyunlardan sonra baş məşqçi Qurban Qurbanov fikirlərini bildirib: "Bu gün iki oyun keçirdik. "Xarkov"la olan ilk matçda daha çox gənc futbolçulara şans verdik. Maraqlı və dinamik mübarizə oldu, xeyli qol epizodu yaratdıq. Günün ikinci matçındakı rəqibimiz "Ferensvaroş" da çox güclü kollektiv idi. Ümumilikdə öz planımız üzrə hazırlaşdıq və nəticənin pis olduğunu deyə bilmərəm."

"Təbii ki, bir qədər çox vaxtımız olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Heyətimizdə kifayət qədər dəyişikliklər edilib və oyunçuların bir-birinə uyğunlaşması üçün vaxta ehtiyac var. Futbolçular istəklə çalışdılar və hazırlıqları uğurlu keçdi. Oyun planımız üzərində işləməyə davam edəcəyik. İndi futbolçuların bir neçə günlük istirahətə ehtiyacları var. Qarşıda çox vacib oyunlarımız olacaq və oyunçuları optimal formaya salmağa çalışacağıq."

Digər Xəbərlər
Bu gün / 21:00
|
885

Harri Keyn Peleni keçdi

Harri Keyn dünya çempionatlarında Peleni keçərək 13 qol vurdu. İngiltərə hücumçusu indi siyahıda Fontenlə bərabərdir.

0
Bu gün / 19:31
|
251

Qarabağ Avstriyada ikinci məğlubiyyətini alıb

Qarabağ Avstriyada hazırlıq çərçivəsində Ferentsvaroşa 1:0 uduzaraq ikinci məğlubiyyətini alıb. Xarkova 6:2 məğlub olan komanda Tirolda 4:0 qalib gəlmişdi.

0
Bu gün / 19:01
|
245

Toni Kroos: Almaniya millisində dünyasəviyyəli futbolçu yoxdur

Toni Kroos Almaniya millisində dünyasəviyyəli futbolçu olmadığını sərt tənqid edib. DÇ-2026-dan erkən çıxışdan sonra yığmanın səviyyəsi haqqında danışıb.

0
Bu gün / 18:31
|
669

İngiltərə Konqonu 2:1 məğlub etdi

DÇ-2026 1/16 finalında İngiltərə Konqo Demokratik Respublikasını 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəldi.

0
Bu gün / 18:02
|
483

Azərbaycan cüdoçuları 10 medalla Avropa çempionatını başa vurdu

Azərbaycan yeniyetmə cüdoçuları Avropa çempionatında 10 medal qazanaraq uğurlu nəticə əldə ediblər. Detallar məqalədə.

0
Bu gün / 17:00
|
255

Göztepe Elvin Cəfərquliyevi istəyir

Türkiyə Superliqasının Göztepe klubu Qarabağın müdafiəçisi Elvin Cəfərquliyevi transfer etmək üçün danışıqlara başlayır.

0
Bu gün / 15:03
|
272

Liverpul fransız müdafiəçi transfer etdi

Liverpul fransız müdafiəçi Jeremi Jakeni transfer etdi. 20 yaşlı ulduzla uzunmüddətli müqavilə imzalandı.

0
Bu gün / 15:02
|
911

Laporta "Barselona"da vəzifəsinə başladı

Xuan Laporta yenidən "Barselona"nın prezidenti seçilərək and içdi. O, komandanı yenidən gücləndirəcəyini vurğuladı.

0
Bu gün / 14:30
|
201

Plyuşenko Azərbaycan bayrağı altında çıxış edəcək

Aleksandr Plyuşenkoya Azərbaycan bayrağı altında yarışma icazəsi verildi. 2026/2027 mövsümündən etibarən beynəlxalq arenada ölkəmizi təmsil edəcək.

0
Bu gün / 14:01
|
520

"Şəfa"dan ilk legioner transferi

"Şəfa" klubu yeni mövsüm öncəsi ilk legioner transferini həyata keçirib. Rumıniyalı yarımmüdafiəçi Vlad Marian Pop komandaya qoşulub.

0
Bu gün / 13:34
|
341

FIFA prezidenti Trampa DÇ-2026 finalına bilet hədiyyə etdi

FIFA prezidenti Canni İnfantino Donald Trampa DÇ-2026 final matçına 10 bilet hədiyyə edib. Biletlərin ümumi dəyəri 15 min dollardır.

0
Bu gün / 13:02
|
213

Azərbaycan idmançılarının yeni reytinqi

Azərbaycan idmançılarının 2026-cı il iyul reytinqi açıqlandı: Həsrət Cəfərov lider, ilk onluqda güləş, boks, taekvondo və cüdo nümayəndələri.

0
...
Qurban Qurbanov: Hazırlıq uğurlu oldu | Bond.az