"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın mövsümün sonunda klubdan ayrılacağı və karyerasında fasilə verəcəyi iddia olunur.
55 yaşlı mütəxəssisin klub futboluna qayıtmaq ehtimalının az olduğu bildirilir. Jurnalist Serxio Qonsales "X" hesabında bu barədə paylaşım edib.
Mənbənin məlumatına görə, Qvardiola yalnız milli komandadan təklif alsa, məşqçilik fəaliyyətini davam etdirəcək.
Onun yerinə keçmiş köməkçisi Enzo Mareskanın gətiriləcəyi ilə bağlı ilkin razılıq əldə olunub.












