Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını "Şəfa" klubunda davam etdirəcək.
Oxu.Az-ın məlumatına görə, "Qarabağ"la müqaviləsi başa çatan futbolçu Azərbaycan Premyer Liqasına yeni yüksəlmiş "Şəfa"ya keçəcək.
Danışıqlar müsbət yöndədir və transfer yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Ramil son mövsüm "Qarabağ"da 11 oyunda 2 qol və 1 assist edib.












