"Şəfa" 2026/27 mövsümünün yay transfer pəncərəsində ilk keçidini həyata keçirib.
Bakı təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi son olaraq "Kəpəz"də çıxış edib. Ötən mövsüm 28 oyunda 6 qol və 1 asistlə yadda qalıb.
"Qarabağ"ın yetirməsi olan futbolçu karyerası ərzində "Zirə", "Şamaxı" və "Qəbələ" klublarında da forma geyinib.












