Bond.az White LogoBond.az Black Logo

"Real Madrid" müdafiə xəttini yenidən qurur

Real Madrid müdafiə xəttini yenidən qurur: İbraima Konate və Denzel Dumfris transfer edildi.

Kamran Səfərov
Müəllif:Kamran Səfərov- Senior Editor
|
0

"Real Madrid" klubu gələn mövsüm üçün heyətini iki futbolçu ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Kral klubu" İngiltərənin "Liverpul" komandasının müdafiəçisi İbraima Konate və İtaliyanın "İnter" klubunun arxa xətt oyunçusu Denzel Dumfrislə müqavilə imzalayıb.

İ.Konate iyunun 30-da müddəti başa çatan müqaviləsindən sonra "Liverpul"u azad agent statusunda tərk edəcək. Fransız futbolçunun "Real Madrid"lə imzaladığı müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

27 yaşlı Konate 2021-ci ildən bəri "Liverpul"un şərəfini qoruyurdu. O, mersisaydlıların heyətində çıxdığı 183 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Fransız oyunçu bu müddət ərzində İngiltərə çempionu (2025), iki dəfə İngiltərə Liqa Kuboku (2022, 2024), eləcə də bir dəfə ölkə kuboku (2022) və superkubokunun (2022) qalibi olub. Karyerası ərzində Almaniyanın "Leypsiq" və Fransanın "Soşo" klublarında da çıxış etmiş müdafiəçi, Fransa millisinin heyətində 2022-ci il dünya çempionatının gümüş, 2024-cü il Avropa çempionatının isə bürünc medallarını qazanıb.

30 yaşlı Dumfris isə 2021-ci ildən "İnter"in formasını geyinirdi. Niderlandlı müdafiəçi Milan təmsilçisi ilə iki dəfə İtaliya çempionluğu (2024, 2026), üç dəfə İtaliya Kuboku (2022, 2023, 2026) və üç dəfə İtaliya Superkubokunu (2021, 2022, 2024) başı üzərinə qaldırıb. O, "İnter"də keçirdiyi 207 oyunda 27 qol vurub və 28 məhsuldar ötürmə edib. Həmçinin, Dumfris komandası ilə iki dəfə Çempionlar Liqasının finalına qədər (2023, 2025) irəliləyə bilib. Futbolçu daha əvvəl ölkəsinin "Sparta", "Herenven" və PSV klublarında da çıxış edib.

Qeyd edək ki, "Real Madrid" geridə qalan mövsümdə son 5 ildə ilk dəfə olaraq heç bir kubok qazana bilməyib. "Kral klubu" İspaniya çempionatını "Barselona"dan 8 xal geri qalaraq 2-ci yerdə başa vurub. Komanda İspaniya Kuboku ilə 1/16 final mərhələsində "Albasete"yə (2:3), Çempionlar Liqası ilə isə 1/4 finalda Almaniyanın "Bavariya" klubuna (iki oyunun nəticəsinə görə 4:6) məğlub olaraq vidalaşıb. İspaniya Superkubokunun finalında isə "Real Madrid" əzəli rəqibi "Barselona"ya boyun əyib (2:3).

Digər Xəbərlər
Bu gün / 06:33
|
943

Harri Keyn "Barselona"nın hədəfində

"Barselona" Harri Keyni transfer etmək üçün danışıqlara başlayıb, lakin futbolçu "Bavariya"da qalmağa üstünlük verir.

0
Bu gün / 06:02
|
325

PSJ italiyalı qapıçı Lonqonini transfer etdi

PSJ italiyalı qapıçı Alessandro Lonqonini transfer etdi. 18 yaşlı qolkiper azad agent kimi Paris klubuna qoşulub. Fabritsio Romano məlumat yayıb.

0
Bu gün / 05:01
|
788

Səudiyyə FF prezidenti istefa verdi

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal, millinin DÇ-2026-da uğursuzluğundan sonra istefa verdi.

0
Bu gün / 05:00
|
553

DÇ-2026: Braziliya, Almaniya, Niderland pley-offda

DÇ-2026 1/16 finalında Braziliya, Almaniya və Niderlandın rəqibləri bəlli oldu. Oyun tarixləri və saatları.

0
Dünən / 22:01
|
289

Əlcəzair millisindən DÇ-2026-da unikal göstərici

DÇ-2026-da Əlcəzair millisi Avstriya ilə oyunda 5 dəqiqədən çox topa nəzarət edərək unikal göstərici əldə etdi.

0
Dünən / 21:32
|
762

DÇ-2026: İlk 1/8 finalçı Kanada

DÇ-2026: Kanada CAR-ı 1:0 məğlub edərək ilk 1/8 finalçı oldu. Stiven Euştakiunun qolu ilə qələbə qazanan Kanada, növbəti mərhələdə Niderland-Mərakeş cütünün qalibi ilə oynayacaq.

0
Dünən / 20:31
|
906

Levandovski MLS klubuna keçə bilər

Robert Levandovski MLS-də "Çikaqo Fayr" klubuna keçə bilər. Polşalı forvardın "Barselona"dan ayrılacağı gözlənilir.

0
Dünən / 19:30
|
992

Azərbaycan cüdoçuları 4 medal qazandı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa açıq turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq böyük uğur əldə ediblər.

0
Dünən / 19:01
|
710

Sabah Ferentsvaroşla heç-heçə etdi

Sabah Ferentsvaroşla yoxlama matçında 1:1 hesablı heç-heçə etdi. Avstriyada təlim-məşq toplanışı davam edir.

0
Dünən / 17:31
|
958

Futbolda ən çətin rəqib: əfsanənin kölgəsi

Futbolda ən çətin rəqib: səndən əvvəl gələn əfsanə. Ronaldo, Messi və Maradona nümunələri ilə böyük kölgədən çıxmağın yolları.

0
Dünən / 17:02
|
716

Azərbaycan cüdoçuları Qran-pri turnirində 4 medal qazandı

Azərbaycan cüdo millisi Çində keçirilən Qran-pri turnirində 1 qızıl, 3 bürünc medal qazanaraq komanda hesabında dördüncü oldu.

0
Dünən / 16:03
|
787

Corc Rassell Avstriya Qran-prisinin qalibi oldu

Corc Rassell Formula 1 Avstriya Qran-prisini qazandı. Maks Ferstappen ikinci, Kimi Antonelli üçüncü oldu. Rassell ümumi hesabda ikinci pilləyə yüksəlib.

0
...
"Real Madrid" müdafiə xəttini yenidən qurur | Bond.az