Braziliyalı əfsanəvi futbolçu Ronaldo Luis Nazario de Lima, 2002-ci il dünya çempionatındakı məşhur saç düzümünə görə valideynlərdən üzr istəyib.
O, "Mundo Deportivo" nəşrinə bildirib: "İlk növbədə, 2002-ci ildəki saç düzümümə görə bütün valideynlərdən üzr istəmək istərdim. O vaxt diz zədəsi ilə mübarizə aparırdım, yalnız fiziki və psixoloji hazırlığı birləşdirən yeni metod məni istədiyim səviyyəyə çatdırdı."












