Dünyaca məşhur futbol ulduzu Kriştianu Ronaldu ilə bağlı qalmaqallı kadrlar yayılıb.
Portuqaliyalı oyunçu Konqo Demokratik Respublikasının (KDR) yığmasının kapitanı ilə salamlaşdıqdan sonra meydançanın kənarına çəkilərək əlini yuyub.
Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, sözügedən kadrlar təxminən iki həftə öncə lentə alınsa da, sosial şəbəkələrdə yalnız indi geniş kütləyə yayılıb.
Təcrübəli futbolçu tribunalardan çəkilmiş videoya görə müzakirə obyektinə çevrilib.
Bəzi istifadəçilər futbolçunun bu hərəkətini təhqiramiz qəbul edərək onu irqçilikdə günahlandırıblar. Lakin sonradan internetdə bu ittihamları şübhə altına alan vacib bir detal diqqət çəkib. Belə ki, Ronaldu rəqibi ilə sağ əli ilə görüşüb, ancaq sol əlini yuyub.
Bundan sonra bir çox istifadəçi səs-küylü ittihamların videonun yanlış yozulması əsasında ortaya çıxdığını qeyd edib.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsi çərçivəsində keçirilən Portuqaliya - KDR oyunu heç-heçə (1:1) başa çatıb.












