Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu, Venesuelada baş vermiş dəhşətli zəlzələdə ailəsini itirən uşağa dəstək mesajı göndərib.
Oxu.Az xəbər verir ki, məlumatı "Novosti Mail" yayıb.
Qısa videoda Ronaldu oğlana tezliklə sağalmasını arzulayıb və onu öz matçlarından birinə dəvət edib. "Sənə səmimi qəlbdən sağalma və ən yaxşısını arzulayıram, həm də səni matçıma dəvət edirəm. Qucaqlayıram, dostum!" - deyə o bildirib.
Uşaq zəlzələdə bütün ailəsini itirib, özü isə ağır xəsarətlər alıb. Həkimlər onun ayağını amputasiya etməyə məcbur olublar.












