"Neftçi"nin qapıçısı Rza Cəfərov xaricdən təklifləri olduğunu etiraf edib. O, İdmanxeber.az saytına müsahibəsində karyerası ilə bağlı sualları cavablandırıb.
"Mövsüm qarışıq keçdi. Daha çox oynamaq istəyirdim, amma şans qazanmadım. Futbolda belə dövrlər olur", - deyə Rza bildirib.
Samir Abasovun Kenan Piriçə güvənməsi barədə danışan Rza: "Məşqçinin qərarına hörmət edirəm. Rəqabət normaldır", - deyə qeyd edib.
"Qəbələ"dəki çıxışına toxunan qapıçı: "Əsas məqsədim oyun praktikası qazanmaq idi. Stabil oynaya bilmədim, amma dərs çıxardım".
"Neftçi"yə qayıdışı haqda Rza: "İlk hədəfim yaxşı toplanış keçməkdir. Rəqabətdən çəkinmirəm", - deyib.
Xaricdən təkliflər haqda: "Rumıniya, İran və Finlandiyadan təkliflər var idi. Klubum buraxmadı. İndi hədəfim Neftçidə möhkəmlənməkdir", - deyə o vurğulayıb.
Milli komanda haqda: "Dəvət qürurvericidir. Şans qazanmasam da, çalışacağam", - deyə Rza sözlərinə əlavə edib.












