"Sabah" klubu qapıçısı Nicat Mehbalıyevlə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Xatırladaq ki, Nicat Mehbalıyev 2021-ci ildən "Sabah"da çıxış edib.












