"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Fransalı vinger Yunis Laçab bir illik icarə əsasında komandaya qoşulub.
21 yaşlı Laçab Fransa nəhənglərindən "Lill"in yetirməsidir və karyerası ərzində klubun əsas və ikinci komandalarında çıxış edib.
Transfer rəsmi olaraq təsdiqlənib və yeni mövsümdə Laçab "Sabah"ın uğurları üçün çalışacaq.












