"Sabah" klubu Fransadan növbəti transferi həyata keçirir.
21 yaşlı Yunes Laşaab "Lill"in ehtiyat komandasında çıxış edir. O, sol vinger mövqeyində oynayır.
Futbolçu Fransa və Əlcəzair vətəndaşlığına malikdir. Boyu 1.76 metr olan Laşaabın dəyəri 50 000 avrodur.
Bu, "Sabah"ın "Lill"dən ikinci transferidir. Əvvəlcə Aaron Maluda icarəyə götürülmüşdü.












