Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən "Sabah" bu gün ilk yoxlama oyununu keçirib.
Azərbaycan çempionu Rumıniyanın "Universitatya" klubu ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda iyunun 28-də Macarıstanın "Ferentsvaroş", iyulun 2-də isə Ukraynanın "Polissya" klubu ilə üz-üzə gələcək.












