"Sabah" futbol klubunun Çempionlar Liqasında II təsnifat mərhələsindəki potensial rəqibi bu gün müəyyənləşəcək.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək.
"Sabah" səpələnməmişlər səbətində yer alacaq. Mümkün rəqiblər: "Srvena Zvezda", "Dinamo" Zaqreb, "Slovan", "Lex" Poznan, "Çelye", "Omoniya", qalibləri müəyyənləşəcək cütlüklər və digərləri.
İlk oyunlar iyulun 17-də, cavab oyunları isə 21-22 iyulda olacaq.












