UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bu gün bilinəcək.
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
"Sabah"ın potensial rəqibləri arasında "Şemrok Rovers", TNS, "Vikinqur", "Larne", "KuPS", "Kayrat", "Petrokub", "Flora", "Linkoln", "Universitatya", "Klaksvik", "Drita", "Borats" və "Riqa" var.
I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.












