Kolumbiyalı müğənni Şakira futbol tarixində rekorda imza atıb. O, dörd fərqli dünya çempionatında çıxış edən ilk sənətçi oldu.
Şakira 2006, 2010, 2014 və 2026-cı illərdə keçirilən mundiallarda səhnə alıb. Onun son çıxışı iyunun 11-də Mexikodakı "Asteka" stadionunda oldu.
O, 2026-cı il dünya çempionatının açılış mərasimində "Dai Dai" mahnısını ifa etdi. Bu çıxışla Şakira dörd müxtəlif mundialın açılış və ya rəsmi tədbirlərində iştirak edən ilk sənətçi kimi tarixə düşdü.












