"Şamaxı" FK daha bir futbolçu ilə yollarını ayırıb.
Klubdan verilən məlumata görə, Vladislav Veremeyev ilə müqavilə müddəti başa çatıb.
Qeyd edək ki, mövsümün sonundan bəri komandadan 11 oyunçu ayrılıb: Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov və Rafael Məhərrəmli.
Veremeyevlə birlikdə ayrılanların sayı 12-yə çatıb.












