"Sumqayıt" futbol klubu braziliyalı qapıçı Jeymes Almeyda ilə müqavilə bağlayıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, 2+1 illik sözləşmə imzalanıb.
Almeyda daha əvvəl Portuqaliyanın "Pasuş Fereyra" və "Montaleqre" klublarında çıxış edib.
O, Braziliyanın "Santos" klubunun yetirməsidir.












