“Sumqayıt” futbol klubunun müdafiəçisi Kənan Feyziyev zədə səbəbindən əməliyyat olunub.
Azərbaycan Premyer Liqasının 32-ci turunda “Zirə” ilə matçda zədələnən gənc oyunçu Türkiyənin Ankarada uğurlu cərrahi müdaxilə keçirib.
Onun ön çarpaz bağ və menisk əməliyyatı olub. Kənan Feyziyevin 6-9 ay sonra meydana dönəcəyi gözlənilir.












