Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinə start verilib.
İlk döyüşdə azərbaycanlı Tahir Abdullayev oktaqona çıxıb.
O, Braziliyadan olan rəqibi Ceferson Nasimentonu döyüşün üçüncü raundunda məğlub edib.
Milli Gimnastika Arenasında keçirilən turnirdə gecənin əsas döyüşündə azərbaycanlı Rafael Fiziyev meksikalı Manuel Torreslə qarşılaşacaq.
Digər görüşlərdə Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov isə ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək.












