Temmi Abraham UEFA Avropa Liqasının 2025/2026 mövsümündə "Frayburq"a qarşı 3:0 hesablı qalibiyyətdən sonra hər üç əsas avrokubokda çempion olan ikinci futbolçu oldu.
Oxu.Az xəbər verir ki, 28 yaşlı hücumçu bu nadir göstəriciyə fərqli klublarda nail olub:
- UEFA Çempionlar Liqası (2020/2021): "Çelsi" ilə
- UEFA Konfrans Liqası (2022): "Roma" ilə
- UEFA Avropa Liqası (2025/2026): "Aston Villa" ilə
Bu rekordu ilk dəfə Emerson Palmieri qırmışdı. Abraham isə dünyada ikinci, İngiltərədə birincidir.












