"Time" jurnalı 2026-cı il üçün idman dünyasının ən nüfuzlu 100 şəxsinin siyahısını dərc edib.
Siyahıya idmançılar, məşqçilər, jurnalistlər, komanda sahibləri və idman təşkilatlarının rəhbərləri daxildir.
Siyahı dörd kateqoriyaya bölünüb: Əfsanələr, Titanlar, Novatorlar və Liderlər.
Əfsanələr kateqoriyasında Lebron Ceyms, Lionel Messi, İlya Malinin, Yannik Sinner, Karlos Alkaras, Mari-Filip Pulen, Arman Düplantis və Cordan Ştolts yer alıb.
Titanlar arasında Kriştianu Ronaldu, Erlinq Holand, Yohannes Klebo, Viktor Vembanyama, Şey Qilces-Aleksander, Aaron Cadc, Cek Hyuz və Mayk Tiriko var.
Novatorlar siyahısına Alisa Lyu, Lindsi Vonn, Sebastyan Save, Ceylen Branson, Kuper Fleqq və Mişel Kanq daxildir.
Liderlər kateqoriyasında Arina Sobolenko, Kimi Antonelli, Canni İnfantino, Lyuk Littler, Aleksandr Usik, Dana Uayt və Böyük Britaniya şahzadəsi Harri qeyd olunub.












