Qana millisinin yarımmüdafiəçisi Tomas Parti 2026-cı il dünya çempionatında iştirak edə bilməyəcək. Səbəb Kanadaya giriş vizasının rədd edilməsidir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. 32 yaşlı futbolçu mundial çərçivəsində iyunun 18-də Panama ilə oyunu buraxacaq.
Viza rəddi qərarı Kanada hökuməti tərəfindən verilib. Rəsmi saytda qeyd olunur ki, cinayət törətmiş şəxslərin Kanadaya girişi qadağan edilə bilər.
Xatırladaq ki, 2025-ci ilin iyulunda Tomas Parti London polisi tərəfindən zorlama ittihamı ilə təqsirləndirilib. O, ittihamları qəbul etmir və məhkəməni gözləyir.












